14 Dekabr, 2016
SOCAR yeni şirkət açdı

Simsar.az  "Vergilər" qəzetinin xüsusi buraxılışında yer alan elana istinadən xəbər verir ki, Vergilər Nazirliyi "SOCAR Capital" MMC-ni dövlət qeydiyyatına alıb.Şirkətin nizamnamə kapitalı 3 mln. manatdır.

MMC-nin qanuni təmsilçisi Samir Kərimovdur.

Şirkətin Müşahidə Şurasının üzvləri Rövnəq Abdullayev, Süleyman Qasımov və Eldar Orucovdur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!