13 Dekabr, 2016
Avtobus piyadanı vurub öldürdü - BAKIDA

Bakıda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə paytaxtın Gəncə prospektində qeydə alınıb.

Bakı şəhər sakini Muxtar Qasımov idarə etdiyi "Hyundai" markalı avtobusla yolu keçən paytaxt sakini Şahbaz Qasımzadəni vurub. Xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!