13 Dekabr, 2016
Avropa və dünya çempionumuzu bıçaqladılar

Bakıda idmançı bıçaqlanıb.Hadisə Nərimanov rayonu Heydər Əliyev prospektində qeydə alınıb. 1992-ci il təvəllüdlü Rüstəmov Aslan Nurəddin oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. O, 1 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.Onun vəziyyəti ağırdır.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır.

Qeyd edək ki, A.Rüstəmov Pankration döyüş növü üzrə iki dəfə Avropa çempionu, üç dəfə dünya çempionu olub. Hazırda o, pankration döyüş növü üzrə məşqçi kimi işləyir.(Report)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!