13 Dekabr, 2016
Hərbi bazada partlayış olub - CƏNUBİ KOREYADA

Cənubi Koreyanın Ulsan şəhərində yerləşən hərbi bazadakı partlayış nəticəsində 20-dən çox əsgər yaralanıb. “Report” “Ryonxap”a istinadən xəbər verir ki, partlayış ölkə paytaxtı Seuldan 410 km cənub-şərqdə baş verib. Xəsarət alanların çoxu yanıq yarası ilə xəstəxanaya yerləşdirilib. Məlumata görə, hadisə zamanı heç bir hərbi təlim keçirilməyib. Müdafiə Nazirliyi hadisə ilə bağlı hələlik heç bir məlumat yaymayıb. Hadisənin səbəbi hələlik məlum deyil.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!