12 Dekabr, 2016
Moskvada "DreamPlay" parkı tikiləcək

2018-ci ilin əvvəlində Moskvada Hollivudun "DreamWorks Animation" kinostudiyasının əyləncə parkı açılacaq. Trend-in "Lenta.ru" saytına istinadən verdiyi məlumata görə, "DreamPlay" adlanacaq parkın tikintisinə 15 milyon dollar investisiya qoyulacaq. Əyləncə kompleksinin tikintisinin 2017-ci ildə başlaması planlaşdırılır.  Parkın ümumi ərazisi 6 000 kvadrat metr təşkil edəcək. Bu parkda "DreamWorks" kinostudiyasının çəkdiyi film qəhrəmanları – Kunq-fu panda, Şrek və “Madaqaskar” filminin qəhrəmanlarının yer aldığı attraksionlar fəaliyyət göstərəcək.

Hazırda "DreamPlay" parkı yalnız Filippinin paytaxtı Manilada mövcuddur. Rusiya bu parkın tikiləcəyi ikinci ölkə olacaq.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!