12 Dekabr, 2016
Tovuz sakini qətlə yetirilib

Tovuz sakini qətlə yetirilib. Bu barədə “Report”un Qərb bürosu xəbər verir. Belə ki, rayonun Yanıqlı kənd sakini, 1973-cü il təvəllüdlü Rüfət Əliyev ürək nahiyəsindən bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib və orada dünyasını dəyişib. Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!