12 Dekabr, 2016
Avropa Liqasının növbəti mərhələsinin püşkü atıldı

Avropa Liqasının 1/16 final mərhələsinin püşkü atılıb.  Tədbirdə 32 komanda 16 cütlük təşkil edib.

Avropa Liqasının qrup mərhələsində ilk 2 yeri tutanlar, həmçinin Çempionlar Liqasının qrupunda 3-cü olanların rəqibləri bəlli olub. Sonuncular arasında aşağı reytinqli 4 komanda və qrup ikinciləri ilk oyunların ev sahibi olacaq.

Eyni qrupdan çıxan, həmçinin bir assosiasiyanı təmsil edənlərin qarşılaşmayacağı mərhələnin ilk matçları 2017-ci il fevralın 16-da, cavab qarşılaşmaları isə 23-də baş tutacaq.

Türkiyə klublarının da rəqibləri bəlli olub. “Beşiktaş” “Hapoel” (Beyer-Şeva, İsrail), “Osmanlıspor” “Olimpiakos” (Yunanıstan), “Fənərbaxça” “Krasnodar”la (Rusiya) üz-üzə gələcək.

Avropa Liqası

1/16 final

“Atletik” (İspaniya) - APOEL (Kipr)

“Legiya” (Polşa) - “Ayaks” (Hollandiya)

“Anderlext” (Belçika) - “Zenit” (Rusiya)

“Astra” (Rumıniya) - “Genk” (Belçika)

“Mançester Yunayted” (İngiltərə) - “Sent-Etyen” (Fransa)

“Vilyarreal” (İspaniya) - “Roma” (İtaliya)

“Ludoqorets” (Bolqarıstan) - “Kopenhagen” (Danimarka)

“Selta” (İspaniya) - “Şaxtyor” (Ukrayna)

“Olimpiakos” (Yunanıstan) - “Osmanlıspor” (Türkiyə)

“Gent” (Belçika) - “Tottenhem” (İngiltərə)

“Rostov” (Rusiya) - “Sparta” (Çexiya)

“Krasnodar” (Rusiya) - “Fənərbaxça” (Türkiyə)

“Borussiya” (M, Almaniya) - “Fiorentina” (İtaliya)

“Alkmaar” (Hollandiya) - “Lion” (Fransa)

“Hapoel” (Beyer-Şeva, İsrail) - “Beşiktaş” (Türkiyə)

PAOK (Yunanıstan) - “Şalke” (Almaniya)

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!