12 Dekabr, 2016
Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək - SABİRABADDA

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabad şəhərində vətəndaşları qəbul edəcək. Bu barədə Simsar.az -a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dekabr ayının 16-da baş tutacaq görüş Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Füzuli rayonlarından olan vətəndaşları qəbul olunacaq

Qeyd olunub ki, vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!