12 Dekabr, 2016
Gömrükdə siqaret əməliyyatı

Əl yüklərindən 13 min ədəd siqaret aşkar edilib.Dövlət Gömrük Komitəsindən Simsar.az-a  verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşının əl yüklərinə “Heimann X-Ray” rentgen yük yoxlama qurğusunda baxış keçirilib.Yoxlama zamanı əl yüklərinə daxil olan 4 ədəd çantadakı müxtəlif ərzaq məhsullarının arasından gömrük nəzarətinə bəyan olunmayan 13 min ədəd siqaret aşkar edilərək götürülüb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!