9 Dekabr, 2016
Avropa Liqasının qrup mərhələsində son oyun

Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin son görüşü keçirilib. Təxirə salınmış matçda İtaliya "Sassuolo"su ilə Belçika "Genk"i üz-üzə gəlib.

F qrupunun oyununda qonaqlar 2:0 hesablı qələbə qazanaraq, qrup lideri kimi 1/16 final mərhələsinə yüksəlib. Belçika klubunun heyətində Brayan Heynen və Leandro Trossard fərqlənib.

Bununla da "Genk" 12, İspaniyanın "Atletiko" klubu isə 10 xalla növbəti mərhələyə yüksəlib. Avstriya "Rapid"i turniri 6 xalla 3-cü, "Sassuolo" isə 5 xalla sonuncu pillədə başa vurub.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!