9 Dekabr, 2016
Oğul ataya xəsarət yetirdi

Bakıda oğul atasını döyərək xəsarət yetirib. Hadisə Surxanı rayonu, Əmircan qəsəbəsində qeydə alınıb.Belə ki, 1956-ci il təvəllüdlü Gülhüseyn Mahmudov oğlu ilə onun həyat yoldaşının mübahisəsinin qarşısını almaq üçün övladını sakitləşdirməyə çalışıb. Lakin oğlu G.Mahmudov ilə dava edib.Dava zamanı G.Mahmudov evdəki qaz balonunun üstünə yıxılıb. Nəticədə o, baldırından kəsilmiş-deşilmiş xəsarətlər alaraq xəstəxanaya yerləşdirilib.Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!