9 Dekabr, 2016
Bu il "Eurovision" Kiyevdə olacaq

Avropa Yayım İttifaqının Baş Assambleyası "Eurovision-2017" beynəlxalq mahnı yarışmasının Kiyevdə keçirilməsi barədə yekun qərar qəbul edib.

Bu barədə müsabiqənin təşkilatçılarından olan "UA: Birinci" telekanalının mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl "Bild" nəşri təşkilat komitəsinə istinadən məlumat yaymışdı ki, "Eurovision" təşkilatçıları yarışmanın 2017-ci ildə Rusiyada keçirilməsi ilə bağlı danışıqlar aparırlar.

Telekanalın məlumatında isə qeyd olunur ki, artıq məsələyə nöqtə qoyulub: "Dekabrın 8-də İsveçrənin Lozanna şəhərində keçirilən Avropa Yayım İttifaqı Baş Assambleyasının iclasında yekun qərar qəbul edilib. Qərara əsasən, 2017-ci ildə beynəlxalq mahnı yarışmasını Ukrayna paytaxtı qəbul edəcək".

Müsabiqənin yarımfinalı mayın 9 və 11-nə, finalı isə mayın 13-nə planlaşdırılıb.

Xatırladaq ki, "Eurovision-2016" yarışmasının qalibi ukraynalı ifaçı Cəmalə olmuşdu.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!