8 Dekabr, 2016
Beynəlxalq Bankın rəhbəri dəyişib

Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb. Simsar.az xəbər verir ki, "APA-Economics"in bank sektorundan əldə etdiyi məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib. Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E. Məmmədovu əvəzləyib. Xatırladaq ki, X. Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib. X. Əhədovun yerinə hələlik təyinat yoxdur.

Qeyd edək ki, həm ABB, həm də "Azər Türk Bank" dövlət banklarıdır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!