8 Dekabr, 2016
Gələn il orta aylıq pensiya 203 manat olacaq - MİLLİ MƏCLİS

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) büdcədən asılılığı ilbəil azalır. Simsar.az xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Məclisin Əmək və sosial siyasət Komitəsinin sədri Hadi Rəcəbli çıxışında bildirib: "Əgər 2012-ci ildə büdcədən transfert 42% idisə, gələn il 37,4%-ə düşüb. Artıq pensiyalarla bağlı hüquqi bazanın dünya təcrübəsinə uyğun olaraq hazırlanması prosesi gedir".

"Gələn il DSMF-nin gəlirləri 3,4 mlrd. manat təşkil edəcək ki, bu da 2016-ci illə müqayisədə 100 mln. manat çoxdur. Artım əsasən dövlət sosial sığorta haqlarının artımı hesabına nəzərdə tutulub", - deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, xərclərin 95%-ni isə əmək pensiyalarının ödənişi təşkil edəcək: "Bu da 2016-ci illə müqayisədə 7,7% çoxdur. Ölkədə gözlənilən orta yaş həddinin artması ilə pensiyaların 1,32 mln. nəfər olacağı gözlənilir. Buna baxmayaraq, orta aylıq qpensiya 8% artırılaraq 203 manata çatıdırılacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!