8 Dekabr, 2016
Milli Məclisdə büdcə zərfinin müzakirəsi davam edir

Milli Məclisin bu gün keçirilən plenar iclasında 2017-ci il üçün büdcə zərfinin müzakirəsi davam edir. Simsar.az xəbər verir ki, iclasda "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında", “Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-ci il üçün xərclər smetaları müzakirə olunur.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!