7 Dekabr, 2016
İki nəfər dəm qazından zəhərlənib - ŞAMAXIDA

Şamaxı rayonunda iki nəfər dəm qazından zəhərlənib. APA-nın məlumatına görə, rayonun Muğanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü Nağıyeva Leyla Güləndər qızı və Şamaxı şəhər sakini, 1989-cu il təvəllüdlü Vəliyeva Lalə Fazil qızı hamam otağında çimərkən kustar üsulla quraşdırılan su qızdırıcısının nasazlığı səbəbindən içəri daxil olan dəm qazından zəhərlənib.

Ailə üzvlərinin köməkliyi ilə hər iki xəstə Şamaxı rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Həkimlərin səyi nəticəsində onların həyatı xilas edilib. Xəstələrdən birinin vəziyyəti ağır olduğu üçün müalicə məqsədilə Bakı şəhərinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!