7 Dekabr, 2016
Səlim Müslümov: "Şər və böhtana ayırmağa vaxtım yoxdur"

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov son günlər sosial şəbəkələrdə, bəzi KİV-də tikdirdiyi evlə bağlı yayılan xəbərlərə münasibət bildirib. APA-nın xəbərinə görə, nazir bildirib ki, Bakıda istənilən şəxs ürəyi istəyən evi çəkib göstərə bilər.

“Ürəkləri istəyən evləri çəkib göstərsinlər, desinlər ki, bu, Səlim Müslümovun evidir. Belə şər və böhtana ayırmağa vaxtım yoxdur. Biz öz işimizin başındayıq, öz işimizi görürük”, - deyə S. Müslümov qeyd edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!