7 Dekabr, 2016
ABŞ prezidenti "İlin Adamı" seçilib

"Time" jurnalının versiyasına görə, 2016-cı ildə “İlin adamı” ABŞ-ın yeni prezidenti Donald Tramp seçilib. Bu barədə "RİA Novosti" istinadən məlumat verib. Məlumata görə, jurnalın builki reytinqində 11 nəfər yer alıb. “İlin adamı” adına Vladimir Putin, Rəcəb Tayyib Ərdoğan, Hillari Klinton, Mark Tsukerberq və digər tanınmış simalar namizəd göstərilib. Daha əvvəl, jurnalın oxucuları, onlayn səsvermə ilə Hindistanın baş naziri Narendra Modini “İlin adamı” seçmişdi.

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!