7 Dekabr, 2016
Elmar Məmmədyarov Peter Szijjarto ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Szijjártó ilə görüşüb. Nazir Elmar Məmmədyarov NATO və Qətiyyətli Dəstək Missiyası üzrə əməliyyat tərəfdaşlarının xarici işlər nazirləri iclasında iştirak etmək məqsədilə NATO-nun mənzil-qərargahına səfər edib. Səfər zamanı Elmar Məmmədyarov Macarıstanın xarici işlər naziri Peter Szijjártó ilə görüşüb. Görüşdə Azərbaycan və Macarıstan arasında əlaqələrin inkişafından məmnunluq ifadə olundu. Nazirlər iki ölkə arasında əlaqələrin perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq və Macarıstanın Bakıdakı Səfirliyinin gələn ildən etibarən NATO-nun Azərbaycandakı Əlaqələndirici Səfirliyi kimi fəaliyyətinə dair fikir mübadiləsi apardılar.

Macarıstanın Bakıdakı Səfirliyi 2017-ci ilin yanvar ayından etibarən Rumıniyanın səfirliyini əvəzləyərək NATO-nun Azərbaycan Respublikasında əlaqələndirici səfiriyi kimi fəaliyyət göstərəcəkdir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!