7 Dekabr, 2016
Reket jurnalistlər həbs edilməlidir - millət vəkili od püskürdü

Deputat Çingiz Qənizadə Milli Məclisin plenar iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin reket jurnalistlərə qarşı keçirdiyi əməliyyatdan danışıb. Simsar.az-ın xəbərinə görə, Çingiz Qənizadə bildirib ki, bu günlərdə DTX daha bir reket saytın rəhbərini həbs edib:

“Qeyri-hökumət təşkilatları, həm də jurnalistika sahəsində reketlərə qarşı ciddi surətdə mübarizə aparmaq lazımdır. Xərçəng xəstəliyi kimi yayılan reket jurnalistlərə qarşı mübarizə aparılmalıdır. Hüquq -mühafizə orqanlarının bu istiqamətdə gördüyü işlər təqdir olunmalı və alqışlanmalıdır”.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!