7 Dekabr, 2016
İndoneziyadakı zəlzələdə 54 nəfər öldü

İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 54 nəfərə çatıb.

52 nəfər zəlzələnin episentrinə yaxın olan Pidicaya, 2 nəfər isə Biryoen vilayətində ölüb. Daha 78 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Xatırladaq ki, 6,5 bal gücündə zəlzələ bu gün səhər Sumatranın şimal hissəsində baş verib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!