7 Dekabr, 2016
Astaranın bu kəndlərində qaz olmayacaq

Bu gün Astara magistral qaz kəmərləri sahəsində təmir işləri aparılacaq.SOCAR-dan Simsar.az-a verilən məlumata görə, dekabrın 7-də saat 10:00-dan 17:00-dək “Astara-Qazıməmməd” magistral qaz kəmərinin “Qaz İxrac” İdarəsinin Astara magistral qaz kəmərləri sahəsinin xidməti ərazisində olan hissəsində yaranmış qaz sızmasının ləğvi ilə əlaqədar “Şahağacı” qazpaylama stansiyasında qaz təminatı dayandırılaraq təmir işləri aparılacaq.

Təmir müddətində Astara rayonunun Kakalos, Pensər, Şahağacı, Siyəkül, Maşğan, Təngərüd və Şiyəkəran kəndlərinin qaz təchizatında məhdudiyyətlər olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!