23 May, 2011
Gürcüstan parlamenti Tbilisidən gedir

Gürcüstan parlamenti Konstitusiyaya dəyişikliyi müzakirə edəcək. 

Simsar.az-ın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, prezident Mixail Saakaşvilinin təşəbbüskarı olduğu qanun layihəsində 2012-ci ilin oktyabrında Gürcüstan parlamentinə seçkilər keçirildikdən sonra ali qanunvericilik orqanının Kutaisi şəhərində fəaliyyət göstərməsi təklif edilir. 


Qeyd edək ki, ölkənin yeni Konstitusiyasında seçkilər keçirildikdən sonra parlamentin Tbilisi və Kutaisi şəhərlərində fəaliyyət göstərəcəyi yazılıb. Hazırda fəaliyyət göstərən parlament 2012-ci il mayın 26-da, Gürcüstanın müstəqillik günü Kutaisiyə gedəcək və şəhərdə rəmzi toplantı keçirəcək. Parlamentə yeni seçkilər keçirildikdən sonra Gürcüstanın qanunverici orqanı tamamilə Kutaisiyə köçəcək.


Parlamentin Tbilisidəki böyük binasının hərraca çıxarıldığı barədə də məlumat yayılıb. Parlamentin binası ilə müxtəlif ölkələrin sərmayədarların maraqlanır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!