6 Dekabr, 2016
TÜRKSOY: 2017-ci il “Molla Pənah Vaqif ili”

Bir neçə gün əvvəl Şəkidə TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 34-cü toplantısı keçirilib. Trend-in TÜRKSOY-un saytına istinadən verdiyi məlumata görə, iclas zamanı 2017-ci ilin “Molla Pənah Vaqif ili” olması barədə qərar qəbul olunub. Bu qərar Azərbaycan şairinin gələn il qeyd olunacaq 300 illik yubileyi ilə əlaqədar qəbul olunub.

Bundan başqa yeni “Türk dünyasının mədəniyyət paytaxtıp” da məlum olub. Gələn il bu adı Qazaxıstanın Türküstan şəhəri daşıyacaq.

Qeyd edək ki, 2016-cı ildə “Türk dünyasının mədəniyyət paytaxtı” Şəki şəhəri idi.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!