6 Dekabr, 2016
Dollar sabah bu QİYMƏTDƏ

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 7-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən Simsar.az-a  verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,17% artaraq 1,7369 səviyyəsində müəyyən olunub. Xatırladaq ki, bu gün dollar 1,7339 manata bərabər olub.

Qeyd edək ki, bu gün AMB Azərbaycan Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7339 məzənnəsi ilə başlayıb və 1,7369 məzənnəsi ilə yekunlaşıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!