23 May, 2011
BAYRAM HÜSEYNZADƏ MİSİR MƏRDANOVUN ƏLEYHİNƏ ÇIXDI

Təhsil Nazirliyi: “Tədbirin bulvarda və ya restoranda davam etdirilməsi şagirdlərin öz işləridir”

Bir neçə gündən sonra Azərbaycanın orta ümumtəhsil məktəblərində daha bir dərs ilinə “Son zəng”ıə yekun vurulacaq. “Son zəng”lə bağlı indidən müəyyən fəallıq müşahidə olunur. 
Məzunlarla vidalaşacaq birincilərin valideynləri hədiyyə seçiminə başlayıblar.
Mayın 31-də isə şagirdlər “Son zəng”i qeyd etmək üçün Dənizkənarı Parka üz tutacaqlar.
Təhsil Nazirliyi isə “Son zəng”in təmtəraqla keçirilməsinin əleyhinədir.

Təhsil Nazirliyinin saytında dərc olunan məlumatda bildirilir ki, “Son zəng” tədbiri 31 may 2011-ci il tarixdə saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız təhsil müəssisələrinin ərazisində keçiriləcək. “Son zəng”lə bağlı həmçinin nazir Misir Mərdanovun əmr imzalayıb. Əmrdə bildirilir ki, ölkənin ümumtəhsil məktəblərində təşkil olunan “Son zəng” tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyət nümayəndələrinin iştirakının təmin edilməsi nəzərdə tutulub.

Eyni zamanda əmrdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə “Son zəng”in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işlərin vaxtında başa çatdırılması, şagirdlərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsinə dair tapşırıqlar verilib.

Təhsil Nazirliyiin mətbuat xidmətinin rəhbəri Bayram Hüseynzadə isə mətbuata açıqlamasında bildirib ki, tədbirin bulvarda və ya restoranda davam etdirilməsi şagirdlərin öz işləridir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!