6 Dekabr, 2016
Repetitorlar məktəblə müqavilə imzalayacaq

Yaxın gələcəkdə Bakıda repetitorluqla məşğul olan müəllimlərlə məktəb arasında birgə fəaliyyət müqavilələri imzalana bilər.Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.Amma bu gün üçün həmin məsələnin konkret məqsəd kimi qarşıya qoyulmadığını deyən M.Vəliyevanın sözlərinə görə, bu ilin iyul ayında Nazirlər Kabineti məktəblərdə hüquqi və fiziki şəxslərlə birgə fəaliyyətin təşkili üçün müqavilələrin bağlanması barədə qərar verib. Həmin qərara əsasən, BŞTİ hər hansı fiziki və hüquqi şəxslə və üçüncü tərəf olaraq, məktəblə birgə fəaliyyət haqqında müqavilə imzalayır. Bu müqavilə çərçivəsində məktəblərdə təhsil sisteminə uyğun olan fəaliyyətlərin həyata keçirilməsinə icazə verilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!