6 Dekabr, 2016
"Qiymət siyasətinin dəyişdirilməsi məktəblərə də təsir göstərəcək".

Azərbaycanda elektrik enerjisinin, qazın və isti suyun tariflərinin siyasətinin dəyişdirilməsi ilə əlaqədar Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) gələn ilki büdcəsində qiymət artımları nəzərdə tutula bilər.Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva jurnalistlərə deyib.

M.Vəliyevanın sözlərinə görə, büdcə hesabına aparılan ödənişlərlə bağlı müəyyən məsələlər müvafiq təşkilatlar tərəfindən nəzərə alınacaq:

"Təbii ki, qiymət siyasətinin dəyişdirilməsi məktəblərə də təsir göstərəcək".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!