6 Dekabr, 2016
Nazirlikdən müəllimlərin işdən çıxarılmasına REAKSİYA

Təhsil Nazirliyi tədris ilinin əvvəlində bəzi mətbuat orqanlarında Tovuz rayonunda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması məsələsinə aydınlıq gətirib.

Təhsil nazirinin müavini Ceyhun Bayramov jurnalistlərin sualına cavabında bildirib ki, heç bir rayonda müəllimlərin kütləvi şəkildə işdən çıxarılması halları mövcud deyil: "Yeni tədris ilinin əvvəlində Tovuz rayonunda 500-dək orta məktəb müəlliminin kütləvi şəkildə işdən çıxarılması ilə bağlı məlumatı araşdırdıq. Müəyyənləşdi ki, əsas məsələ orada bəzi hallarda sinif komplektlərinin olmamasıdır. Heç bir ixtisar olmayıb".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!