6 Dekabr, 2016
Hindistanın “dəmir ledi”si öldü: 5 gün matəm olacaq

Hindistanda Cayaram Cayalalitanın vəfatı, ilə əlaqədar 5 günlük ümummilli matəm elan olunub. Modern.az xəbər verir ki, o, dekabrın 5-də ürək tutmasından Çennae şəhərindəki xəstəxanada dünyasını dəyişib.

Ölkədə bütün bayraqlar endirilməlidir. Cayalalitanın 4 dəfə böyük nazir olduğu Tamilanda ştatında isə 7 günlük matəm elan olunub. Cayaram Cayalalita Hindistan kinosunun keçmiş aktyoru, populyar siyasətçidir. O, ötən ilin may ayında rəqiblərini böyük fərqlə (88 fazi) geridə qoyaraq 4-cü dəfə Tamilanda ştatının böyük naziri seçilib. Cayalalita ştatda qadınların həyat şəraitinin yaxşılaşmasına nail olan siyasətçi kimi də tanınırdı.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!