6 Dekabr, 2016
Nazirlər Bakıya toplanır

Gələn il mayın 5-6-da keçiriləcək IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində yüksək hökumət rəhbərlərinin iştirakı ilə açılış mərasimi, dünya mədəniyyət və turizm nazirlərinin 3-cü görüşü keçiriləcək.Mədəniyyət və Turizm Nazirliyindən Simsar.az-a verilən məlumata görə, bu barədə YUNESKO-nun baş qərargahında Ümumdünya Mədəniyyətlərarası Dialoq Beynəlxalq işçi qrupunun ekspert görüşü və ali toplantısında qərar qəbul olunub. Tədbirdə o da qərara alınıb ki, IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində maliyyə, iqtisadi, siyasi, mədəni və sosial sahələrdə fəaliyyət göstərən beynəlxalq təşkilatların rəhbərlərinin ilk dəfə birgə yüksək səviyyəli görüşü, mədəniyyətlərarası dialoq, mədəniyyət və irs, insan təhlükəsizliyi, sülh və davamlı inkişaf, miqrasiya, ekstremizmlə mübarizə, din və inanc, turizm, təhsil, elm, gənclər, media və s. mövzularda da plenar və panel sessiyalar keçiriləcək.

Tədbir Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəliyi, YUNESKO, BMT-nin Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Avropa Şurası, ISESCO və Avropa Şurasının Şimal-Cənub Mərkəzinin rəsmilərinin iştirakı ilə reallaşıb. Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirak edib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!