6 Dekabr, 2016
Qubaya 20 sm qar yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti dekabrın 5-i gündüzdən dekabrın 6-sı səhər saatlarınadək müşahidə olunan faktiki hava ilə bağlı məlumat yayıb. Departamentdən Simsar.az-a  bildirilib ki, bu müddətdə ölkədə hava şəraiti qeyri-sabit keçib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub. Şimal-qərb küləyi əsib, bəzi rayonlarda, Bakıda və Abşeron yarımadasında  güclənib.

Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 2-6, Böyük Qafqazda 2-31, Kiçik Qafqazda 5-19, Lənkəran-Astara zonasında 1-10, Qazax-Gəncə zonasında 1-2, Mərkəzi Aran rayonlarında  1-9, Naxçıvan MR-da 1-4 mm təşkil edib.

Qar örtüyünün hündürlüyü Qubada 20, Qubanın dağlıq ərazilərində 2-20, Xınalıqda 13, Daşkəsən, Göygöl, Altıağacda 10, Sarıbaşda 8, İsmayıllıda 7, Şahbuzda 5, Qəbələdə 4, Lerik, Rvarud, Ordubadda 3,  Şamaxıda 2, A

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!