6 Dekabr, 2016
57 yaşlı kişi özünü yandırıb

Abşeron rayonunda intihar hadisəsi baş verib. Abşeron rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə rayonun Digah qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, əvvəllər məhkum olunmuş, 1959-cu il təvəllüdlü Ələkbər Əliyev yaşadığı evdə özünü yandırıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. İntiharın səbəbləri hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!