6 Dekabr, 2016
Deputatlarımız Brüsselə gedir

Milli Məclisin  Gənclər və idman komitəsinin sədri Fuad Muradov,  Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev və deputat Rasim Musabəyov dekabrın 7-də Belçikanın paytaxtı Brüsselə səfər edəcəklər.Bu barədə Simsar.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Millət vəkilləri  “Şərq tərəfdaşlığı ölkələrində münaqişə zonaları və həmin zonalarda insan hüquqları” mövzusunda konfransda iştirak edəcəklər.

Konfransın məqsədi dondurulmuş münaqişələrin Şərq Tərəfdaşlarının ərazilərində, Krım, Donbass, Transnistria, Abxaziya, Cənubi Osetiya və Dağlıq Qarabağda insan hüquqlarının və fundamental azadlıqların icrasına təsirini araşdırmaqdır.

Tədbirdə Avropa İttifaqı qurumlarının təmsilçiləri, Avropa Parlamentinin və tərəfdaş ölkələrin deputatları, hökumət təşkilatlarının ekspertləri iştirak edəcəklər.

Deputatlarımız  toplantılarda müzakirəyə çıxarılacaq məsələlər barədə fikirlərini açıqlayacaq, təkliflərini bildirəcəklər.

Səfər dekabrın 9-da başa çatacaq.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!