6 Dekabr, 2016
Rabitəçilərin peşə bayramıdır

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli Sərəncamı ilə hər il bu tarixdə rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü qeyd olunur. Dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilmiş bu sahənin daha da inkişaf etdirilməsi ilə əlaqədar olaraq ölkəmizdə məqsədyönlü işlər aparılır, müxtəlif dövlət proqramları, layihələr həyata keçirilir. “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)”, “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı” və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı” uğurla icra edilib.

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!