23 May, 2011
Abel Məhərrəmov təklif verdi

“Vahid türk dili yaradılmalıdır”

“Vahid türk dili yaradılmalı, bu istiqamətində alimlərin səyləri birləşdirilməlidir”.

Bunu APA-ya açıqlamasında Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov deyib. Rektor bildirib ki, türk dili beynəlxalq dil kimi qəbul edilməlidir: “Azərbaycanla Türkiyə arasında demək olar ki, dil problemi yoxdur. Digər türk dövlətlərinin bir araya gəlməsi, bizim danışıq dilindən onların da səmərəli istifadə etməsi üçün bu mümkündür. Həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri əsas verir ki, türk dili BMT dili kimi qəbul edilsin”.

A. Məhərrəmov qeyd edib ki, hazırda dünyada 300 milyondan çox insan türk dilində danışır. Vahid türk dilinin yaradılması türkdilli xalqların nüfuzunun daha da artmasına səbəb olacaq.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!