5 Dekabr, 2016
Bursada güclü yanğın - ÖLƏN VAR

Türkiyənin Bursa əyalətinin Nilufər rayonunun Odunluk bölgəsində tikinti meydanında yanğın olub. Simsar.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Bursa-İzmir avtomobil yolunun yaxınlığında baş verib. Məlumata görə, qısa zamanda yanğın ətrafı bürüyüb.

Yanğın səbəbindən Bursaya qatarların hərəkəti dayandırılıb. DHA-nın məlumatına görə, yanğın nəticəsində bir nəfər ölüb. Hadisə ilə bağlı hələlik rəsmi açıqlama yayılmayıb.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!