5 Dekabr, 2016
Neftin qiyməti 55 dolları ötüb

Dünya birjalarında neft bahalaşmaqdadır."APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,46 dollar artaraq 52,14 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,60 dollar artaraq 55,06 dollar olub. Beləliklə, Brent markalı neftin qiyməti 16 aylıq aradan sonra 55 dollar həddini ötüb. Neftin bahalaşmasına OPEC üzvlərinin Vyana görüşündə hasilatın azaldılmasına dair əldə etdiyi razılaşma səbəb olub. Düzdür, bugünkü ticarət sessiyanın açılışında neftin qiyməti neqativ dinamika nümayiş etdirib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!