5 Dekabr, 2016
Avtomobillə divar arasında qaldı, öldü

Şirvanda 18 yaşlı gənc bədbəxt hadisə nəticəsində ölüb. Simsar.az xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şirvan sakini, 1998-ci il təvəllüdlü Kazımov Fuad Tələt oğlu avtoyuma məntəqəsində avtomobillə divar arasında sıxılaraq xəsarət alıb.

Ağır vəziyyətdə Şirvan Şəhər Xəstəxanasında əməliyyat olunan gənc bu gün səhər saatlarında reanimasiya şöbəsində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!