5 Dekabr, 2016
Daha bir ağır yol qəzası - ölən var - XAÇMAZDA

Xaçmaz rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Simsar.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki dekabrın 4-də saat 19 radələrində Xaçmaz rayonunun Müşkür kəndində Masallı rayon sakini Samir Cəfərovun idarə etdiyi "VAZ-21154" və Cəfər Məmmədovun idarə etdiyi Cəfər Məmmədovun idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Qəza zamanı C.Məmmədov və S.Cəfərovun sərnişini - Ağdam rayon sakini Allahverən Qarayev hadisə yerində ölüb, özü və digər sərnişini isə xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!