5 Dekabr, 2016
Elmar Məmmədyarov NATO-nun və ATƏT-in tədbirlərində iştirak edəcək

Xarici işlər naziri Elmar Məmmədyarov 7 dekabr 2016-cı il tarixində Brüssel şəhərində keçiriləcək NATO-nun Əfqanıstana Qətiyyətli Dəstək Missiyasına töhfə verən ölkələrin xarici işlər nazirləri toplantısı və 8-9 dekabr 2016-cı il tarixində Hamburq şəhərində keçiriləcək ATƏT-in 23-cü nazirlər şurasının iclasında iştirak etmək üçün Belçika və Almaniyaya işgüzar səfər edəcək.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az- a verilən məlumata görə, sözügedən tədbirlərdə Elmar Məmmədyarovun çıxışları və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.


Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!