5 Dekabr, 2016
"Çağırış" - YENİ TƏRCÜMƏ

Böyük İslam alimi Şeyx Fəhd Hillinin XIII əsrdə qələmə aldığı və bu günümüzə qədər də öz aktuallığını qoruyub saxlayan "Uddətud-Dai" adlı kitabının "Çağırış" adı altında Azərbaycan oxucusuna təqdim olunan yeni versiyası çap olunub. Qeyd edək ki, "Uddətud-Dai" dua haqqında yazılmış bütün kitablar üçün əsas qaynaq rolunu oynayıb. Həm irfani, həm də psixoloji səpkidə qələmə alınmış kitabın əsas qayəsi insana Allahla münacat etməyinin yollarını göstərməklə kifayətlənməyib, onun mənəviyyatının paklaşdırılması, daha dəqiq desək, insan nəfsinin rəzil və xoşagəlməz sifətlərdən təmizlənməsindən ibarətdir.

Giriş, altı fəsil, göstərişlər və son sözdən ibarət olan "Çağırış" dua ilə bağlı ən incə mətləblərə toxunan və hər bir insanı maraqlandıran sualları ətraflı cavablandıran bir kitabdır. 440 səhifəlik kitabın qiyməti 11 manatdır. Kitabı Azərbaycan dilinə tərcümə və şərh edən Müşfiq Mehdibəylidir. "Çağırış"- kitab mağazalarından əldə edə bilərsiniz.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!