5 Dekabr, 2016
Dəm qazı daha 4 can aldı

Azərbaycanda dəm qazı daha 4 nəfərin həyatına son qoyub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az -a verilən xəbərə görə, dekabrın 3-də Səbail rayonu ərazisində yaşayan Afər Quliyev, Sumqayıt şəhərinin Corat qəsəbəsində yaşayan Arzu Nuriyev, Gəncə şəhərində yaşayan Flora Hacıyeva, Mingəçevir şəhərində yaşayan Akif Hüseynov evlərində dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırmalar aparılır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!