5 Dekabr, 2016
İlahiyyatçı filosof Heydər Camal vəfat etdi

Rusiya İslam Komitəsinin sədri, tanınmış politoloq Heydər Camal 70 yaşında dünyasını dəyişib.

Simsar.az  xəbər verir ki, bu barədə onun “Facebook” səhifəsində məlumat yerləşdirilib.

Qeyd edək ki, Heydər Camal 6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb. H. Camal dəfələrlə birmənalı qəbul edilməyən bəyanatlarla çıxış edib. Bəzi çıxışlarında o, terrorçu-kamikadzelərin əməllərini dolayısı olaraq təqdir edib.

O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır.

Heydər Camal bir neçə kitabın müəllifidir

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!