2 Dekabr, 2016
Lənkəranda ağır yol qəzası - ÖLƏN VAR

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın cənub bürosunun xəbərinə görə, hadisə 17.30 radələrində Lənkəran-Boradigah şosesində, Separadi kəndi ərazisində qeydə alınıb. Masallı rayon sakinini olan Güləddin adlı şəxsin idarə etdiyi “Mercedes” markalı avtomobil qəflətən idarəetmənin itməsi səbəbindən yol kənarında olan ağaca çırpılıb. Güclü zərbədən avtomobil deformasiyaya uğrayıb.

Ağır xəsarətlə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən sürücü orada dünyasını dəyişib.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!