2 Dekabr, 2016
Əlillərin hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb

 

Əlillərin hüquqları haqqında yeni qanun layihəsi hazırlanıb. APA-nın xəbərinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov "Əliliyi olan şəxslərin hüquqları haqqında Konvensiya - 10 il: görülmüş işlər və qarşıda duran vəzifələr" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı bildirib.Nazir müavinin sözlərinə görə, qanun layihəsi Nazirlər Kabinetinə təqdim olunub: "Qanun layihəsinə aidiyyəti mərkəzi icra hakimiyyəti orqanları, Ombudsman Aparatı, qeyri-hökumət təşkilatları rəy və təkliflərini bildiriblər".

N. Məmmədov qeyd edib ki, qanunun icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Strateji Plan da hazırlanıb: "Strateji Plan da Nazirlər Kabinetinə təqdim olunacaq".

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!