1 Dekabr, 2016
“Biq Mak” sendviçinin yaradıcısı vəfat edib

Məşhur “Biq Mak” sendviçinin yaradıcısı Cim Delliqati 98 yaşında ABŞ-da vəfat edib.Xarici KİV xəbər verir ki, bunu “McDonald’s” restoranlar şəbəkəsinin mətbuat katibi Kerri Ford bildirib. Onun ölümünün səbəbi açıqlanmayıb.

Qeyd edək ki, C.Delliqati 1967-ci ildə ABŞ-ın Pensilvaniya ştatının Pittsburq şəhərində “McDonald’s”ın yerli obyektinin direktoru olarkən, hamburgerin standart ölçülərini dəyişdirməyi təkilf edib. Məlumata görə, “MakMaffin” adlı yumurtalı yemək də onun kəşfidir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!