30 Noyabr, 2016
Tramp mövqeyini tərk etməyə qərar verdi...

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp biznesdən getməyə hazır olduğunu açıqlayıb. Simsar.az -ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Tramp dekabrın 15-də bu məsələ ilə bağlı mətbuat konfransı keçirəcək. Yeni seçilmiş preizdent bu barədə özünün Twitter səhifəsində elan edib.

“Dekabrın 15-i mən öz övladlarımla birgə Nyu-Yorkda mətbuat konfransı keçirəcəyəm və biznesdən gedişimi müzakirə edəcəyəm. Mən diqqətimi ölkənin idarə olunmasına cəlb etmək istəyirəm. Qanun bunu məndən tələb etmir, amma mən prezident olaraq hiss edirəm ki, maraqların toqquşmasına yol verməmək vacibdir”. D.Tramp qeyd edib ki, bununla bağlı artıq lazımi sənədlər hazırlanır.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!