30 Noyabr, 2016
Sabahdan qar yağacaq

Dekabrın 1-dən 3-ü gündüzədək Azərbaycan ərazisində hava şəraiti qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Simsar.az- a verilən məlumata görə, ölkə ərazisində arabir yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək

 

 

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!