30 Noyabr, 2016
Türkiyədəki dəhşətli yanğının təfərrüatları

Türkiyənin Adana rayonunun Aladağ rayonunda 3 mərtəbəli tələbə yataqxanasında yanğın olub.

Simsar.az xəbər verir ki, hadisə nəticəsində 11 tələbə qız və 1 müəllimə yanaraq ölüb. 22 tələbənin isə yaralandığı bildirilir. Onların xəsarət almasına səbəb yanğın zamanı özlərini pəncərədən atmaları olub.

Adana bələdiyyəsinin sədri yanğın nərdivanının qapısının içəridən bağlı olduğunu, açarın isə ölən müəllimədə qaldığını deyib.

 

Hadisəyə ilkin səbəb kimi elektrik naqillərindəki qısaqapanma göstərilir.

Bütün hüquqlar qorunur  ©  SİMSAR.az | Bizi özünüzə Simsar bilin!

Saytın materiallarından istifadə yalnız administrasiyanın şifahi, ya yazılı razılığı əsasında mümkündür!